Modern.az

Sərnişinin həyatını xilas etdi, ayın sürücüsü seçildi - FOTO

Sərnişinin həyatını xilas etdi, ayın sürücüsü seçildi - FOTO

Aktual

3 Fevral 2017, 17:23

Yanvarın 26-da Bakı Nəqliyyat Agentliyində (BNA) 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Novruzov Oqtay Şair oğlu ilə görüş keçirilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, sürücü Oqtay Novruzova Bakı Nəqliyyat Agentliyinin baş direkrou Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib.

Sürücü Oqtay Novruzov göstərilən diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib.  

 O.Novruzov “BakuBus” MMC tərəfindən ayın sürücüsü seçilib.


Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU