Modern.az

"Masallınski"nin döyülmə videosu yayıldı - VİDEO, + 18

"Masallınski"nin döyülmə videosu yayıldı - VİDEO, + 18

3 Fevral 2017, 22:40

Sosial şəbəkədə postsovet məkanında “Lotu Qulu” kimi tanınan Nadir Səlifovun adamlarının keçən ilin sonunda Türkiyədə Rafiq Eyvazovu (Masallınski) döymələri kadrları yayılıb. Videodan da göründüyü kimi, “Rafiq Masallınskini” yalnız döymürlər, həmçinin qulağını kəsirlər. Modern.az saytı xəbər verir ki, ilkin məlumatda Eyvazovun Səlifovun adamları tərəfindən döyülməsi pul üstündə baş verdiyi ehtimal edilirdi.

“Sputnik-Azərbaycan”nın yaydığı məlumata görə, söhbət 200 min dollardan gedir. Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib.

 

Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, yanında türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar.

Orada hər ikisini vəhşicəsinə döyən cinayətkarlar hadisə yerindən qaçıblar. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb. Məlumata görə, o, intiqam alacağını vəd edib.

Xatırladaq ki, Nərimanov rayonunda yanvar ayının 9-na keçən gecə Rafiq Eyvazovun (Rafiq Masallınski) və Nadir Səlifovun (Lotu Qulu) adamları arasında atışma baş verib. Daha dəqiq desək, Masallinski “müharibə” elan edib, bu yolla o, intiqam almaq istəyib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU