Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən məlumata görə, yanğın ölümlə nəticələnib. Belə ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az