Şəhid Çingiz Qurbanovun cənazəsi Bakıya yola salınıb.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun cənazəsi hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.
Modern.az