Paytaxtda təmirə dayanmış gəmidə kapitanının meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, lent.az-ın məlumatına görə, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib. Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb.
İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Modern.az