Modern.az

Jirinovski: “Azərbaycan olmayacaq, Bakı quberniyası yaradılacaq” - VİDEO

Jirinovski: “Azərbaycan olmayacaq, Bakı quberniyası yaradılacaq” - VİDEO

6 Fevral 2017, 14:14

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yeni ABŞ-Rusiya yaxınlaşması barədə danışıb.

 

 Modern.az xəbər verir ki, “Çarqrad” telekanalına müsahibəsi zamanı qalmaqallı siyasətçi bütün postsovet ölkələrinin Rusiyanın tərkibinə qayıtmağa həvəsli olduqlarını deyib.

 

Onun fikrincə, yalnız bu baş verdikdən sonra Qarabağ kimi münaqişələr həll olunacaq.

 

“Qarabağı onlar heç zaman həll edən deyillər. Azərbaycan və Ermənistan arasında həmişə müharibə olacaq. Amma biz oranı götürəndən sonra orada nə Qarabağ, nə də Azərbaycan olacaq: Yerevan və Bakı quberniyaları. Çarın vaxtındakı kimi. Təhlükəsizlik var, həyat səviyyəsinin yaxşılaşması var, perspektiv var. Mədəniyyət də yaradın. Hər şeyi rus dilinə çevirəcəklər. Hamı öz yazıçılarını və qalan şeyləri unudacaq”.

 

 

Vüqar İSMAYILOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB