Modern.az

Yolu süpürən qadının ölümü ilə bağlı cinayət işi açıldı

Yolu süpürən qadının ölümü ilə bağlı cinayət işi açıldı

6 Fevral 2017, 18:24

Bakıda yolu süpürən qadının avtomobillə vurularaq öldürülməsi hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanılıb.

 

“Report”un xəbərinə görə, Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Xatırladaq ki, hadisə fevralın 4-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində, Bakı Olimpiya Stadionun qarşısında qeydə alınıb. Burada müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı qadın vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU