Modern.az

İlham Əliyev Avropa Komissiyasının prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Avropa Komissiyasının prezidenti ilə görüşüb - YENİLƏNİB

7 Fevral 2017, 00:48

Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşüb. Modern.az saytı xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluq bildirilib, əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq və tərəfdaşlıq sənədi üzərində iş gedir və bu sənəd imzalanandan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

 

Söhbət zamanı Azərbaycanın dünya ölkələri, o cümlədən Avropa İttifaqı ilə sivilizasiyalar və mədəniyyətlər arasında dialoq sahəsində çox yaxşı əməkdaşlıq əlaqələrinin olduğu qeyd edilib.

 

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə, eyni zamanda, təhsil və humanitar sahələrdə də yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib.

 

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın və ixracın şaxələndirilməsinin prioritet məsələ olduğu diqqətə çatdırılıb, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

19:01

 

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə görüş başlayıb.

 

Modern.az APA-nın məlumatına görə, prezident bundan əvvəl Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi, vitse-prezident Federika Mogerini və Aİ-nin enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşlər keçirib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU