Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi 6-13 fevral tarixlərində amerikalı sənədli film ssenaristi, rejisoru, produseri və redaktoru Lisa Limanın Azərbaycana baş tutacaq səfərinə sponsorluq etməkdən məmnundur.
Bu haqda Modern.az-a səfirlikdən bildirilib.
Bu həftə ərzində Liza Liman Azərbaycan İncəsənət Akademiyasında “Filmlərin Çəkilişi Sahəsində Karyeranın Qurulması” seminarı və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin tələbələri üçün sənədli filmlərin çəkilişi üzrə bir həftəlik təlim keçəcək.
Xanım Liman azərbaycanlı rejisorlarla görüşüb fərdi və qrup şəklində məsləhətləşmələr aparacaq.
Limanın universitetlərdə və yalnız tələblər üçün film təlimləri ilə yanaşı ictimaiyyət üçün açıq və ödənişsiz seminarlar da keçirəcək.
Modern.az