Modern.az

Bakı Nəqliyyat Agentliyi piyada keçidləri ilə bağlı hökumətə təklif GÖNDƏRİB

Bakı Nəqliyyat Agentliyi piyada keçidləri ilə bağlı hökumətə təklif GÖNDƏRİB

7 Fevral 2017, 11:16

“Paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı Nəqliyyata Agentliyi (BNA) 2016-cı ildə apardığı kompleks təhlillərin nəticələrinə uyğun rəy və təkliflər hazırlayıb”.

 

Bu haqda BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

BNA rəsmisi qeyd edib ki, həmin rəy və təkliflərin bir qismi Nazirlər Kabinetinə və digər müvafiq dövlət qurumlarına göndərilib:

 

“Artıq bu rəy təkliflərin bir qismi məqsədə müvafiq hesab edilərək icra edilməkdədir. Eyni zamanda düzgün olmayan yerdə salınan piyada keçidləri və piyada keçidinə ehtiyac duyulan yerlərlə bağlı da rəy və təkliflər hazırlanaraq təqdim edilib”.

BAN-nın baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı Bakıda 413 piyada keçidinin normalara uyğun quraşdırılmadığını açıqlamışdı.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU