Qaxda yanğın bir ailəni evsiz qoyub. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Almalı kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 198 kvadrat metr olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 28 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Modern.az