Modern.az

Elmar Vəliyev yeniliklərin anonsunu verdi

Elmar Vəliyev yeniliklərin anonsunu verdi

8 Fevral 2017, 16:11

 

Gəncədə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

 

Hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar, eləcə də idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağında Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində 2017-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq.

2017-ci ildə Gəncənin sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək.

“DET.AL Alüminium” MMC-nin baş direktoru Sərxan Babayev bildirib ki, ötən il hazır məhsul ehtiyatlarının 84,0 faizi ” MMC-nin anbarında toplanılıb. Şəhər iqtisadiyyatında mühüm rol oynayan “DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium zavodunda 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 22,7 faiz artmışdır. “DET.AL Alüminium” MMC dünyanın 17-dən çox ölkəsinə məhsul göndərir və müəssisə tam gücü ilə işini davam etdirir. “DET.Al Alüminium” MMC-də 2017-ci ildə istehsalın genişləndirilməsi ilə əlaqədar olaraq Anod istehsalı zavodu və II Faza Elektrolid zavodunun inşası, yeni istehsal xətlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Gəncə Avtomobil Zavodu İB-nin baş direktoru Kamran Nəzərov isə vurğulayıb ki, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyi Belarusiyanın Minsk Traktor zavodu, Rusiyanın Ural Avtomobil zavodu və digər zavodlarla qarşılıqlı səmərəli layihələrin axtarışı və reallaşdırılmasına istiqamətləniblər. Şəhər iqtisadiyyatında mühüm rol oynayan “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyində 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 1,8 dəfə artıb.

2016-cı ilin dekabrın 20-də “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin təntənəli bağlanış mərasimi keçirilmişdir. Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən bu layihədə fəal iştirak edənlər fəxri fərmanlarla təltif olunmuşlar. Avropa Gənclər Paytaxtının simvolik açarı 2017-ci ilin “Avropa Gənclər Paytaxtı” seçilmiş Bolqarıstanın Varna şəhərinin meri İvan Portnixə təqdim olunmuşdur. İl ərzində müxtəlif idman növləri üzrə 37 Respublika, 8 Beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 Paralimpiya yarışlarında ümumilikdə 460 idmançımız iştirak etməklə, 163 müxtəlif əyarlı medal qazanmışlar. Onlardan 74-ü qızıl, 52-si gümüş, 37-si bürünc medal olmuşdur.

 

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin hesabat məruzəsi dinlənilib. Şəhər rəhbəri bildirib ki,  2016-cı il ərzində şəhərdə müqayisəli qiymətlərlə 859,5 milyon manat ümumi daxili məhsul buraxılıb ki, bu da faktiki qiymətlərlə 956,1 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 18,8 milyon manat çoxdur. Orta aylıq əmək haqqı il ərzində ticarətdə 363,7 manat, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat bölməsində 428,9 manat, emal sənayesində 368,6 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 517,9 manat, maliyyə və sığorta bölməsində 897,9 manat təşkil etməklə, digər sahədə çalışanların orta aylıq əmək haqqından daha artıq olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında əvvəlki illərdən qalan qalıqlar da nəzərə alınmaqla, hazır məhsul ehtiyatı 19 milyon 259 min manat olub. Hazır məhsul ehtiyatlarının 4,8 faizi “MKT İstehsalat Kommersiya” MMC-nin “Gəncə Tekstil” filialının, 3,0 faizi “Gəncə Əlvan Metal Emalı” ASC-nin, 2,0 faizi “SEMPA” QSC-nin və 6,2 faizi isə digər sənaye müəssisələrinin anbarlarında toplanıb.

 

Elmar Vəliyev bildirib ki, Gəncəçay çayında suyun səviyyəsinin qalxması səbəbindən çayın məcrasında inşa edilmiş evlərin köçürülməsi ilə əlaqədar Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün ayrılan ərazidə kompleks tikinti işləri davam etdirilir. Gəncə şəhəri, Cavad xan küçəsi, 34, Atatürk prospekti, 264 və 266 nömrəli ünvanlardakı qəza vəziyyətində olan yaşayış binaları sökülərək sonuncu binaların yerində ucaldılmış yeni 5 mərtəbəli, 50 mənzilli yaşayış binası inşa edilərək əhalinin istifadəsinə verilmişdir. Burada, həyətdə 2 ədəd 50 kvm-lik su çəni, qazanxana, nasosxana, 630 kvt-lıq transformator, mənzillər su, işıq və qaz ilə tam təmin olunub.

2016-cı il  ərzində şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərin 25,6 faizi müsbət, 6,6 faizi qismən həll olunub.  62,9 faizi üzrə müvafiq izahat verilib, 1,8 faizi əsassız sayılıb.  0,9 faizi icraatdadır, 2,2 faizi aidiyyəti üzrə göndərilmiş və icrası nəzarətdədir. Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları-- maliyyə və bank məsələləri 22, nəqliyyat 31, torpaq 501, elm və təhsil 34, səhiyyə 71, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı 31, əhalinin sosial müdafiəsi və pensiya 162, dövlət sosial müdafiəsi 30, mənzil 696, tikinti 560, əmək (işsizlik, əmək haqqı) 184, enerji daşıyıcıları və su təchizatı 114, birdəfəlik maddi yardım və məişət 401, təbii texnogen hadisələr və fövqəladə hallar 31 və digər məsələlər təşkil edib.

Elmar Vəliyev 2017-ci ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, bütün sahələrdə sosial, iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq, həm infrastruktuk layihələr həyata keçirilməsi, işıq, qaz, su layihələrinin davamlı həyata keçirilməsi nəzərdə tutulur: “Şəhərimizdə mart ayının sonuna qədər 4 saylı internatın, 14 saylı orta məktəbin, 1 saylı peşə məktəbin, 1 saylı liseyin istifadəyə verilməsi nəzərdə tutulub. 1 saylı uşaq bağçası Novruz bayramı ərəfəsində istifadəyə veriləcək. Şəhərin 1 saylı məktəb və 2 saylı peşə məktəbinin də əsaslı təmirindən sonra may ayında açılışı olacaq. Bundan əlavə şəhərdə digər layihələr icra olunur. Gəncə Dövlət Filarmoniyasında son tamamlanma işləri gedir. Bu il dövlət rəhbərinin tapşırığı ilə açılışı olmalıdır. 5 ulduzlu otelin tikintisi və Gəncə Mallın tikintisi davam etdirilir. Vətəndaşların yolu rahat keçməsi üçün 2 keçid tikilir. Şəhərin mərkəzində yağış sularının ötürülməsi üçün kanalizasiya xətti çəkilir və şəhərin mərkəzində yeni formada asfalt əvəzinə daş piltələr düzüləcək.

 

Gəncə "BazarStore"də 20 hektar ərazidə böyük işlər davam etdirilir. Ət kəsim kombinatında işlər davam etdiriləcək. Kərpic zavodunda işlər yekunlaşmaq üzrədir. Suni mərmər və qranit zavodunda işlər sürətlə davam etdirilir. Şah İsmayıl Xətai prospektində 4 ədəd 5 mərtəbəli binanın əsaslə təmiri nəzərdə tutulur. Ümumilikdə 20-ə yaxın yüksək mərətəbəli binanın əsaslı təmiri bu il həyata keçiriləcək. Mən artıq mesaj da verdim ki, vətəndaşlarımız, sahibkarlarımız hazır olsunlar, gələndə konkret təkliflər verilsin. Bu istiqamətdə sənaye parkının yaradılması ilə yəni alminium zavodun istehsal etdiyi alminium külçədən, vərəqlərdən sonra son məhsula çıxması üçün xırda və böyük sahibkarlar bundan istifadə edə bilərlər. Bulvarın sağ sahilində artıq evlər hazırlanmaq üzrədir. Novruz bayramında onları sevindirəcəyik. Düşünürəm ki, bunlar dövlətin ən böyük qayğısıdır vətəndaşlar üçün”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB