Modern.az

Qazaxda qətl hadisəsi törədilib

Qazaxda qətl hadisəsi törədilib

8 Fevral 2017, 20:40

Qazaxda qətl hadisəsi törədilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumata görə, hadisə rayonun Daş Salahlı kəndində törədilib. Kənd sakini, 1996-cı il təvəllüdlü İsmayılov Samir Göyçə oğlu ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

 

Onu Qazax Müalicə Diaqnostika Mərkəzinə aparsalar da dünyasını dəyişdiyi məlum olub. S. İsmayılovun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Qazax rayon Prokurorluöunda cinayət işi açılıb, istintaq gedir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB