Modern.az

Yük maşınının vurduğu piyadaların adı açıqlanıb

Yük maşınının vurduğu piyadaların adı açıqlanıb

9 Fevral 2017, 00:43

Masallının Qızılavar kəndində vurulan piyadaların adları açıqlanıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, onların hər üçü Ərkivan kənd sakinləridir. Xəsarət alanlar 1979-cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu, 1981-ci il təvəllüdlü Həsənov Yunus Eldar oğlu və 1984-cü il təvəllüdlü Tohid Tofiq oğlu İbrahimovdur. Məlumata görə, Bədəlov Rüfətin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Qeyd edək ki, ötən axşam Masallının Qızılavar kəndində “Ford” markalı yük avtomobili 3 nəfəri vuraraq dirəyə çırpılıb. Zərərçəkənlər dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB