Modern.az

Yeni planet yaranır

Yeni planet yaranır

9 Fevral 2017, 09:21

Yapon alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu ilk dəfə olaraq yeni planet sisteminin yaranmasını müşahidə ediblər.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda NHK telekanalının yaydığı məlumatda bildirilir.

Bu müşahidə Günəş sisteminin necə yarandığını daha yaxşı anlamağa imkan verəcək.

RIKEN İnstitunun və Tokio Universitetinin alimlərinin daxil olduğu qrup 450 işıq ili məsafəsində Buğa bürcü istiqamətində ulduzlardan və planetlərdən ibarət yeni sistemin formalaşdığı sahəni aşkar edib.

Müşahidələr dünyanın ən böyük ALMA teleskopunun yerləşdiyi Çilidə aparılıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB