Modern.az

Bakıda əcnəbi azərbaycanlını aldadıb 20 min dollarını mənimsədi

Bakıda əcnəbi azərbaycanlını aldadıb 20 min dollarını mənimsədi

9 Fevral 2017, 12:17

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20.000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40.000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB