Modern.az

Azərbaycanın FİFA reytinqindəki yeri açıqlandı

Azərbaycanın FİFA reytinqindəki yeri açıqlandı

9 Fevral 2017, 17:46


FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Modern.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Belə ki, ehtiyatında 388 xal olan yığmamız 89-cu pilləyə yüksəlib.

Komandamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla 3-cü (0),  Şimali İrlandiya 772 xalla 34-cü (-2),  Çexiya 669 xalla 45-ci (-2), Norveç 4261 xalla 81-ci (3), San Marino isə 17 xalla 202-ci (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1635 xalla Argentina millisi başçılıq edir. Braziliya 1529 xalla ikincidir.

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB