Modern.az

İranı küncə sıxışdıran XƏRİTƏ

İranı küncə sıxışdıran XƏRİTƏ

9 Fevral 2017, 18:58

İranın ətrafındakı ABŞ bazalarına dair xəritə inanılmazdır. 



Modern.az xarici mediaya istinadən xəbər verir ki, İran rəsmən ABŞ tərəfindən məngənəyə alınmış durumdadır. 

ABŞ-ın bazaları baxın, hansı ölkələrdə yerləşir.

İran ilə ABŞ arasında gərginliyin yüksək səviyyəyə çıxdığı dövrdə, İranı əhatə edən ABŞ bazalarını göstərən bir xəritə ortaya çıxıb. 

Xəritəyə baxılacaq olursa; İran şərqdən, qərbdən, şimaldan və cənubdan ABŞ blokadasına alınmış görünür.



Yaxın şərqdəki ərəb ölkələrinin demək olar ki, hamısında ABŞ-ın hərbi bazaları var. Bu ölkələr də İranın Qərb sərhədində yer alır. İraq, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman ABŞ hərbi bazalarının olduğu ölkələrdən bəziləridir. 

11 sentyabr terrorunu bəhanə edərək Əfqanıstanı da işğal edən ABŞ İranı şərqdən da əhatə etmiş olur. Əfqanıstanın başqa, Pakistanda da ABŞ bazaları yer alır.

İranın şimalında yerləşən bölgədə də ABŞ bazaları var. Qırğızıstan və Tacikistan ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdır. İranın canını sıxan qərbindəki hərbi bazalardan bəziləri də Türkiyə ərazisində yerləşir.



Hərbi müdaxilə ola bilərmi?

ABŞ-da Donald Tramp dövrünün rəsmən başlaması, Tehran-Vaşinqton münasibətlərini heç vaxt olmadığı qədər gərginləşdirib. Trampın İranı "terrorçu dövlət" kimi tanıması da odu qızışdırıb.

Tramp ötən həftə keçirdiyi mətbuat konfransında jurnalistlərin "İrana hərbi müdaxilə düşünürsünüz" sualına, "Masadakı hər bir variantı qəbul edirik" cavabını vermişdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!