Bakıda yeni doğulmuş körpəni paketə qoyaraq küçəyə atıblar. Modern.az “Baku.ws” saytına istinadən xəbər verir ki, yeni doğulmuş körpə sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. körpənin sağ olub-olmaması isə məlum deyil. Küçəyə atılan körpə yeni doğulmuş qız uşağıdır. Onu zibil qutusunun yaxınlığına tullayıblar.
Modern.az