Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycan Respublikasının ərazisində istehlakçıların elektrik enerjisi ilə təmin olunması, yeni yaradılan “Azərişıq” ASC-yə həvalə edildi.
Bu barədə "Azərişıq" ASC-nin mətbut xidmətindən Modern.az-a verilən məlumatda bildirlib.
"Azərişıq"ın açıqlamasında daha sonra qeyd olunur:
"Ölkə prezidenti tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına” dair dövlət proqramlarının icrası məqsədi ilə təcili şəkildə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2015- 2016-cı ildə iri miqyaslı layihələr həyata keçirildi.
69 ƏDƏD YARIMSTANSİYA TİKİLİB VƏ YA ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULUB
“Azərişıq” ASC fəaliyyətə başladığı gündən ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və əsaslı şəkildə yenidən qurularaq, müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel olaraq 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb.
Bundan başqa 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb.
İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATAN AĞAC DAYAQLAR DƏMİR VƏ DƏMİR BETON DAYAQLARLA ƏVƏZLƏNİB
2015-2016- cı il ərzində paytaxtda, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatan avadanlıqlar müasir tipli avadanlıqlarla əvəz olunub. Bu məqsədlə uzun illər istismar edilən 230 minə yaxın agac dayaqlar yenilənərək dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərib.
27.700,4 KM HAVA XƏTLƏRİ ƏSASLI TƏMİR OLUNUB və 500. 000 –dən ARTIQ MÜASİR SAYĞAC QURAŞDIRILMIŞDIR
Qarşıya qoyulan məqsədə çatmaq üçün 2015-2016-cı illərdə 7 233,8 km hava xətti, 4 079,6 km kabel və 5 018,9 km özünüdaşıyan izolyasiyalı naqilləri çəkilib. 227479 ədəd dayaq basdırılıb, ümumi uzunluğu 27 700,4 km olan müxtəlif gərginlikli hava xətlərində əsaslı təmir işləri görülüb.
İki illik müddət ərzində əhali və qeyri-əhali istehlakçılara 504 217 - dən artıq sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onların da 21 958 ədədi SMS tipli müasir sayğaclardır.
Diqqətə gətirmək lazımdır ki, iki il ərzində şəbəkələrin qoyuluş gücü 2 000 MVA – dan çox artırılıb. Bu da o deməkdir ki, qoyuluş gücü təlabat gücünü üstələyir və deməli təmir və qəza açılmaları zamanı ehtiyat güc mənbəyi vasitəsilə abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar.
MİLYONLARLA ISTEHLAKÇININ ENERJİ TƏMİNATI YAXŞILAŞDIRILIB
Artıq abunəçilər enerji pulunu çox asanlıqla internet resurslarından, bank və, poçtlardan, həmçinin “APUS”, “Paypoint” və digər köçürmə növlərindən istifadə etməklə ödəyə bilirlər. Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması üçün telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün “SMS” xəbər sistemləri tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi 2015- 2016-cı ildə xeyli artıb və itkilər azalıb.
Ümumilikdə ölkə üzrə 500 000 –dən çox abonentin, yəni 2,5 milyona yaxın əhalinin enerji təminatı yaxşılaşdırılıb.
“Azərişıq” ASC-nin Mərkəzi Dispetçer xidmətində elektrik şəbəkəsinin məsafədən idarə olunamsını təmin edən “SCADA” sisteminin əhatə dairəsi hər ötən il artırılmaqdadır. Həmin sistem vasitəsi ilə yüksək gərginlikli yarımstansiyaların və xətlərin məsafədən idarə olunması təmin edilir.
ƏMƏK ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI VƏ GƏNC KADRLARIN HAZIRLANMASINA XÜSUSİ DİQQƏT YETİRİLİB
Qeyd olunan müddət ərzində regionlarda 30-a qədər ofis binası tikilib, 2 rayonda isə köhnə binalar təmir edilib. İşçilərin səmərəli və çevik fəaliyyəti üçün bütün texniki şərait təmin edilib. Bütün bunlarla yanaşı, “Azərişıq” ASC-də yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi daim davam etdirilir. Bunun üçün “Azərişıq” ASC-nin yüksək səviyyədə təmin edilmiş Tədris Mərkəzləri fəaliyyət göstərir. Burada treninqlər il boyu müxtəlif istiqamətlərdə aparılır. Tədris Mərkəzlərində yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən də peşəkarlar dəvət olunur. Respublikamızda elektroenergetika üzrə kadr hazırlayan ali və orta texniki peşə və kollec təhsili verən müəsisələr də Tədris Mərkəzinin imkanlarından istifadə edirlər.
“ASAN XİDMƏT”LƏ SIX ƏMƏKDAŞLIQ
İki ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” və yeni yaradılan “ASAN Kommunal” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC öz fəaliyyətini davam etdirir. Daha dəqiqi “ASAN xidmət” mərkəzlərində abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ xidmət göstərilir.
Ölkə üzrə bütün istehlakçılarının fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC qarşısında qoyulan vəzifələr 2017-ci ildə də tərtib olunmuş müvafiq iş planı üzrə uğurla davam etdiriləcək, ölkə prezidenti cənab İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin həyata keçirilməsində - istehlakçıların dayanıqlı, etibarlı, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində var gücü ilə çalışacaqdır.
Modern.az