Modern.az

İcbari tibbi sığorta tətbiq edilir - pilot ərazilərin 3 sakini əməliyyat olundu

İcbari tibbi sığorta tətbiq edilir - pilot ərazilərin 3 sakini əməliyyat olundu

10 Fevral 2017, 13:16

Pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi uğurla davam edir.  Bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub.

 

Bu haqda Modern.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agebtliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib.


O qeyd edib ki, döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

 

“Aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olmuşdur və əməliyyat uğurla həyata keçirilmişdir. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.

Prezident İlham Əliyevin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib”.

Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki  əməliyyat -  invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunmuşdur.

Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB