Qarabağ ermənilərinin əsas sponsorlarından biri, “Frank Müller” saat şirkətinin həmtəsisçisi Vardan Sirmakeş İsveçrənin ən zəngin vətəndaşları arasındadır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sirmakeş 225 milyon İsveçrə frankı ilə ölkəsində ən zəngin 253-cü şəxsdir.
Vardan Sirmakeş və iş ortağı Frenk Müller 1998-ci ildə saat brendi yaradıblar. Qarabağ ermənilərinə çoxmilyonlu yardım edən Sirmakeş Matagis kəndində qara kürü istehsal edəcək zavod inşa etdirirdi.
Vüqar İSMAYILOV