Rusiya Dövlət Dumasının deputatı Artyom Kavinov Yerevana səfəri zamanı Respublika partiyasının rəsmləri ilə görüşüb.
Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, deputat Rusiyada yaşayan ermənilərin sayının tarixi vətəndəkilərindən çox olduğnu deyib.
“Rusiyada 2,5 milyon erməni yaşayır. Ekspertlərin hesablamalarına görə, Ermənistanda faktiki yaşayan əhali 2 milyon səviyyəsindədir. Beləliklə, Rusiyanın ermənilətin ən çox yaşadığı ölkə adlandıra bilərik”.
Vüqar İSMAYILOV