Modern.az

Xocalıda şəhid olmuş 63 uşağın adına 63 ağac əkildi - FOTOLAR

Xocalıda şəhid olmuş 63 uşağın adına 63 ağac əkildi - FOTOLAR

10 Fevral 2017, 15:14

"Xocalı soyqırımının 25-ci ildönümü haqqında" Azərbaycan Prezidentinin sərəncamına əsasən, Xocalı rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına uyğun olaraq xocalıların kompakt şəkildə məskunlaşdığı Goranboy rayonunun  Meşəli qəsəbəsində Xocalı soyqırımı zamanı şəhid olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə ayrılmış sahədə 63 ədəd şam ağacı əkilib.

 

Xocalı rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, aksiyada Xocalı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Meşəli kənd İƏD-si üzrə nümayəndəliyi, Meşəli kənd sakinləri, Meşəli kənd tam orta məktəbin müəllim kollektivi və Xocalıdan olan şəhid ailələri iştirak ediblər.


Aksiyada 63 ədəd şam ağacı nizamla əkilib. Erməni quldurları tərəfindən şəhid olmuş uşaqların adı, doğum və şəhid olma tarixləri yazılmış lövhələr onların xatirəsinə əkilmiş ağacların qarşısında torpağa sancılıb.


Aksiyada çıxış edən Xocalı rayon İH-nin başçısının müavini, İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Lamiyə Qarayeva  bildirib ki, şəhid olmuş "böyüməyən uşaqlar"ın adlarını  bu əkilmiş ağaclarla hər zaman qan yaddaşımızda saxlamalıyıq və onları bu əkilmiş fidanlarla qəlbimizdə yaşatmalıyıq”.

Xocalı rayon Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev çıxışında erməni quldurları tərəfindən amansızcasına qətlə yetirilmiş şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib.

“Biz əminik ki, Cocuq Mərcanlı kəndində başlamış "Böyük Qayıdış" layihəsi işğal olunmuş torpaqlarımızda davam edərək uğurla yekunlaşacaq”.

Şəhid olmuş uşaqların ailələri çıxış edərək bu dərin mənalı aksiyanın keçirilməsində başda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov olmaqla, əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

 


Namidə BİNGÖL

   

    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB