12-13 fevral 2017-ci il tarixində Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Modern.az XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Mixeil Canelidzenin 13 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransı keçiriləcək.