Modern.az

Çingiz Qurbanov oxuduğu sinifdə yad edildi - FOTOLAR

Çingiz Qurbanov oxuduğu sinifdə yad edildi - FOTOLAR

Aktual

10 Fevral 2017, 16:00

Məktəb yoldaşları 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovu yad ediblər. Onun əziz xatirəsinə hörmət əlaməti olaraq təhsil aldığı sinifdə, əyləşdiyi partanın üzərinə qərənfillər düzüblər.

 

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Ermənilər uzun müddət şəhidimizin meyitini geri qaytarmaqdan imtina edib.

 

Nəhayət, 2017-ci il fevralın 5-də Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

 
Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Modern.az şəhidin təhsil aldığı məktəbdən fotoları təqdim edir:

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB