Modern.az

Sumqayıtda YANĞIN - 1 nəfər yandı, 2 nəfər zəhərləndi

Sumqayıtda YANĞIN - 1 nəfər yandı, 2 nəfər zəhərləndi

10 Fevral 2017, 17:11

Sumqayıtda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib.

Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB