Modern.az

İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşdülər

İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşdülər

Aktual

10 Fevral 2017, 17:21

İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları Kürdəxanı təcridxanasında saxlanılan israilli bloqqerAleksandr Lapşinlə görüşüblər.

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, İsrail səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutan görüş beynəlxalq hüquq normalarına uyğun keçirilib.


İcazəsiz yollarla işğal altındakı Qarabağ ərazisinə gedən A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi.

2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılan bloqqer 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub. Onun cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindəbaxılır.


Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB