İranın Qum şəhərində metropolitendə divarın aşması nəticəsində üç nəfər həlak olub.
Modern.az-ın məlumatına görə, bu barədə İranın Qızıl Aypara cəmiyyətinin Qum şəhəri üzrə rəhbəri Bəhram Əhmədiyan məlumat verib.
Məlumata görə,hadisə tikilməkdə olan stansiyada baş verib. Divarın aşması nəticəsində daha 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Modern.az