Ukraynanın şimal-qərbindəki Rovenski vilayətinin sakini ərinə 4 ölümcül zərbə vurduqdan sonra onun meyitini polietilen paketə qoyub anbarda gizlədib, özü isə Misirə istirahətə gedib.
Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, polislər ərlə-arvadın rəsmi nikahda olduqlarını, lakin yarım ildən çoxdur birgə yaşamadıqlarını müəyyən ediblər.
Qadın iki azyaşlı övladı ilə kirayə mənzildə qalıb. Belə ehtimal olunur ki, qadın qətldən əvvəl ərinin iş yerindəki seyfdən pul götürüb. Pulun dəqiq miqdarı hələ ki məlum deyil.
Qadın cinayəti törətdikdən dərhal sonra anasından uşaqları ilə qalmağı xahiş edərək, özü xaricə uçub.
Kişinin yoxa çıxması haqda dostu açıqlama verib.
Modern.az