Modern.az

Bakıda yolların təmizlənməsində yenilik olacaq

Bakıda yolların təmizlənməsində yenilik olacaq

11 Fevral 2017, 14:23

Bakı Nəqliyyat Agentliyi küçələrin təmizənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib.

 

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.

 

O qeyd edib ki, müraciətdə  yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması,  o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb:

“Qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib. Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb”.

 

Gülşən RAUFQIZI

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB