Batumi şəhərinin sakini Natela Lazişvili 59 yaşında ilk övladını dünyaya gətirib. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, o 61 yaşlı əri ilə 33 il övlad gözləyiblər.
Məlumata görə, doğuş uğurlu keçib. 2,3 kiloqram çəkisi olan körpə qeysəriyyə əməliyyatı ilə həyata gəlib.
“Mən, doğrusu, bu yaşda bunu gözləmirdim. Allah mənə övlad hədiyyə etdi”, - Natela Lazişvili deyib.
Yeni doğulan körpəyə Qeorqi adı verilib. Hazırda ana və körpənin vəziyyəti normaldır.
Modern.az