Modern.az

Televiziya aparıcısı Ginnesin rekordlar kitabına düşdü

Televiziya aparıcısı Ginnesin rekordlar kitabına düşdü

11 Fevral 2017, 20:48

Livanın Tele-Liban dövlət televiziyasındakı populyar musiqili-əyləncəli proqramının müəllifi və aparıcısı Dalia Freyfir Ginnesin rekordlar kitabına düşə bilib. Modern.az xarici mediaya istinadən bildirir ki, o, sutka boyu Livandan və digər ərəb ölkələrindən olan 40-dan çox musiqiçi, müğənni, aktyor, yazıçı və rəssamla fasiləsiz tok-şou aparıb.

 

Verilişdə, ümumilikdə, 91 nəfər iştirak edib.

 

“Baladi” xəbərlər saytı qeyd edir ki, Dalianın uğuru onun  sutka ərzində apardığı tok-şoudakı həmsöhbətlərini görməməsidir.

 

Populyar teleaparıcı 18 yaşında yol qəzasına düşərək görmə qabiliyyətini itirib.

 

Bu faciəni yaşamasına baxmayaraq, arzusunu reallaşdırmağa mane olmayıb və Livanın elit KİV-də layiqli yerini tuta bilib.

O, əvvəlcə “İzzat Lobnan” radio stansiyasında, sonradan milli televizyada işləməyə başlayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB