Modern.az

Neftçala sakinini çaqqal dişləyib

Neftçala sakinini çaqqal dişləyib

11 Fevral 2017, 22:16

Neftçala rayonunda yerli sakini çaqqal dişləyib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 36 yaşlı Rəcəb Rəfael oğlu Quliyev həyətdə iş görərkən çaqqal hücumuna məruz qalıb. Vəhşi heyvandan özünü müdafiə edərkən çaqqal hər iki əlini dişləyərək ona xəsarət yetirib. Zərərçəkən dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada quduzluğa qarşı vaksin vurulub və digər tədbirlər görüldükdən sonra Rəcəb Quliyev ambulator müalicəyə buraxılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB