Modern.az

Almaniyada 91 məscid hücuma məruz qalıb - HESABAT

Almaniyada 91 məscid hücuma məruz qalıb - HESABAT

11 Fevral 2017, 23:40

Almaniya Daxili İşlər Nazirliyi 2016-cı illə bağlı hesabat verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən il 91 məscid ekstremistlərin hücumuna məruz qalıb.

 

 

Nazirlik bu hücumların 21-nin Şimali Reyn-Vestfaliya bölgəsində baş verdiyi xəbər verir. Əksər hallarda hadisəni törədənlər məsuliyyətə cəlb olunmayıblar.

 

 

Yalnız 12 epizodda şübhəlilər saxlanılsa da, onlatdan yalnız 1-i məsuliyyətə cəlb olunub.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB