Modern.az

Türkmənistanda prezident seçkiləri keçirilir

Türkmənistanda prezident seçkiləri keçirilir

12 Fevral 2017, 10:18

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:00) başlayıb, saat 19:00-da (Bakı vaxtı ilə 18:00) başa çatacaq.

 

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09:00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb.

 

Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB