Modern.az

Baş redaktorun avtomobili yandırıldı-VİDEO

Baş redaktorun avtomobili yandırıldı-VİDEO

Aktual

12 Fevral 2017, 14:24

Denpropetrovsk vilayətinin Kamenski şəhərində şənbə günündən bazar gününə keçən gecə naməlum şəxslər yerli 5692.com.ua və “Şəhər 5692” qəzetinin baş redaktoru Sergey Quzanın avtomobilini yandırıblar.

 

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, yanğını ilk dəfə görən qonşular onu söndürməyə çalışıblar. Hadisə yerinə gələn operativ istintaq qrupu avtomobilin qəsdən yandırılıdığını müəyyən edib.

 

Quza yanğını professional fəaliyyəti ilə əlaqələndirir.

Onun sözlərinə görə, son zamanlar redaksiyaya araşdırmaların dayandırılması və yeni “Şəhər 5692” qəzetinin nəşr olunmaması üçün təzyiq göstərilib. Bir neçə gün əvvəl özümlə maraqlanıblar”, - Quza əlavə edib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!