Modern.az

Lənkəranda yaşayış evində yanğın olub

Lənkəranda yaşayış evində yanğın olub

Aktual

12 Fevral 2017, 17:18

Lənkəranda birmərtəbəli yaşayış evində yanğın olub.

 

Modern.az-ın APA-ya istinadən məlumata görə, hadisə rayonun Hirkan kəndində  qeydə alınıb.

 

Kənd sakini  Şakir Heybət oğlu Ağayevə  məxsus yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomaşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 54 kv.m olan birmərtəbəli evin 20 kv.m sahəsi yanğından mühafizə olunub .

 

Yanğının baş vermə səbəbləri araşdırılır. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!