Modern.az

Türkiyə yenidən silkələndi

Türkiyə yenidən silkələndi

Aktual

12 Fevral 2017, 20:12

Bu gün Türkiyədə yenidən zəlzələ olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 17.48 radələrində  qeydə alınıb. Türkiyə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəetməsi Nazirliyi 5,3 maqnitudalı zəlzələnin ocağının Çanaqqala rayonunun Ayvacıq qəsəbəsində, 20.81 km dərinlikdə olduğunu açıqlayıb. Zəlzələ Çanaqqala iilə bərabər Bursa, İzmir, İstanbul rayonlarında da hiss edilib.

Yeraltı təkanlar nəticəsində təlafat və dağıntının olub-olmaması ilə bağlı hələlik məlumat verilmir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!