Modern.az

Azərbaycan Pakistana neft və qaz ixrac edəcək

Azərbaycan Pakistana neft və qaz ixrac edəcək

Aktual

12 Fevral 2017, 20:25

Azərbaycanın neft və qaz ixrac edəcəyi ölkələr siyahısına daha biri əlavə oluna bilər. Modern.az saytı  xəbər verir ki, Azərbaycan və Pakistan arasında neft və qazın satışı üzrə sazişin imzalanması planlaşdırılır.

"Times of Islamabad" qəzetinin yaydığı məlumata görə, iki ölkənin hökumətlərinin artıq razılaşdıqları sazişin fevralın sonunda imzalanması gözlənilir.

Pakistanın Neft və Təbii Sərvətlər Nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Azərbaycan Pakistana xam nefti, neft məhsullarının və təbii qazı ixrac etməyi təklif edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!