Modern.az

 Paytaxtda yüksək gərginlikli elektrik xəttində partlayış

 Paytaxtda yüksək gərginlikli elektrik xəttində partlayış

12 Fevral 2017, 21:38

Bu gün axşam saatlarında paytaxtda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib. Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!