Soyuq hava ölkənin şimal bölgəsində də ciddi problemlər yaradıb. Modern.az saytı xəbər verir ki, Quba və Qusarın dağ kəndlərinə gediş-gəliş çətinləşib. Yerli sakinlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb.
Bakı-Quba avtomobil yolunda isə bir neçə yol qəzası olub. Avtoqəzalar zamanə xəsarət alanların olduğu da bildirilir.
Modern.az