Modern.az

Vahid Əhmədov seçiciləri ilə görüşdü

Vahid Əhmədov seçiciləri ilə görüşdü

Aktual

13 Fevral 2017, 10:37

Millət    vəkili    Vahid    Əhmədov    Milli    Məclisdə    təmsil    etdiyi    Quba  rayonunda      seçiciləri    ilə    növbəti    dəfə   görüşərək    onları    qəbul    edib.

 

 

Havanın    qarlı    və    şaxtalı    olmasına    baxmayaraq    qəbulda    Quba    və    qonşu rayonlardan    117    nəfər    sakin   iştirak    edib.

 

 

Ənənəsinə    uyğun    olaraq    ilk    öncə    secicilərini    keçən    dövr    ərzində    parlamentəki    fəaliyyəti    barədə məlumatlandıran    millət    vəkili    rayon    ilə    bağlı    planlaşdırdığı    məsələlərdən    də    danışıb. Qəbul    vətəndaşların   istəyi    nəzərə    alınmaqla    fərdi    şəkildə    aparılmışdır. Şimal    bölgəsində    bu    il    qışın    sərt    keçməsi    sakinlərin   qayğılarını    xeyli    artırılıb.

 

 

Təəsüflə    qeyd    etmək    lazımdır    ki, qazın    və    işığın    verilməsində    hər    qəbulda    təkrarlanan    problemlər yenə   də    əhalinin    qaldırdığı    məsələlərdə    ön    sıradadır.Qubanın    bir    addımlığında    yerləşən    Alekseyevka    kəndindən   gələn    17    sakin    qaz    xəttinin    olmasına    baxmayaraq    qazın    təzyiqinin    az    olmasından    və    ailələrinin    bu   səbəbdən    əziyyət    çəkdiyini    bildirdilər.

 

 

Dəfələlərlə    aidiyyəti    strukturlara    kollektiv    müraciətlər    olunmasına    baxmayaraq, problemin    öz    həllini    tapmadığnı    və    deputatdan    tədbir    görülməsini    xahiş    etdilər. Seçicilər    tərəfindən    qaldırılan    məsələlər    sırasında    məhəllə    daxili    yolların    abadlaşdırılması, əhalinin    xüsusi    ilə    gənclərin    işlə    təmin    olunması, sosial    yardımların    təyin    olunması, pensiyalarn    azlığı, əlilllərə    və    xəstələrə    dövlət    qurumları    tərəfindən    qayğının    artırılması    və    digər    məsələlər    olmuşdur. Bəzi    məsələlərlə    bağlı    yerindəcə    tədbirlər    görülmüş, mərkəzi    təşkilatlarla    bağlı    problemləri    həlli    nəzarətə    götürülmüşdür. Qəcərzeyid    kəndinə    yolun    çəkilişi    ilə    bağlı    olunmuş    müraciətlə    bağlı    rayonun    müvafiq    təşkilatları    ilə    müzakirələr    və    məsləhətləşmələr aparılıb. Növbəti    qəbul    mart    ayına    planlaşdırılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!