Modern.az

Mobil rabitə xidməti göstərmək istəyənlər üçün lisenziya haqqı qalxıb

Mobil rabitə xidməti göstərmək istəyənlər üçün lisenziya haqqı qalxıb

Aktual

13 Fevral 2017, 10:56

Mobil rabitə xidməti göstərmək istəyənlər üçün lisenziya haqqı təxminən 200 dəfə qaldırılıb. İndiyədək bu xidmət üçün lisenziya alarkən cəmi 5500 manat ödəmək lazım gəlirdisə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdən sonra arıtq bununla bağlı rüsum 1 000 000 ( bir milyon ) manat müəyyən olunub.

 


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələyə Milli Məclisdə baxılır.

 


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu layihə formasındadır. Hazırda bu məsələyə Milli Məclisdə baxılır.

Qəbul olunarsa, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üzrə lisenziya verilən zaman tətbiq ediləcək”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!