Qazaxıstanın “Kaysar” və Ermənistanın “Banants” klubları arasında baş tutan yoldaşlıq matçında kütləvi dava olub.
Modern.az Qazaxıstan KİV-nə isitnadən xəbər verir ki, Antalyada baş tutan görüş zamanı “Kaysar”ın kapirtanı Maksat Bayjanovun rəqibinə qarşı kobud oyunu erməni futbolçularını özündən çıxarıb.
Yalnız məşqçilər heyətinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Matç Qazaxıstan klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Vüqar İSMAYILOV