Modern.az

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir? - Tərcümeyi-hal

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir? - Tərcümeyi-hal

Aktual

13 Fevral 2017, 15:11

Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Modern.az saytı xəbər verir ki, bu sərəncam iki nazirliyin əvəzində yeni bir nazirliyin yaradılmasını nəzərdə tutur.

Ölkə başçısının bu gün imzaladığı digər sərəncamla Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimdir?

Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Ailəlidir, 2 övladı var.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!