Modern.az

Qar Lənkəranı işıqsız qoydu

Qar Lənkəranı işıqsız qoydu

13 Fevral 2017, 23:34

Güclü qar səbəbindən Lənkəranda bir neçə kənd və şəhərin bir hissəsi işıqsız qalıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, enerji xəttində yaranan problemlər səbəbindən şəhərin Qalayçılar məhəlləsi tamamilə işıqsız qalıb.

Bundan başqa Separadi, Sütəmordov və daha bir neçə kənddə də eyni problem yaşanır. Hazırda ərazidə Lənkəran Elektrik Şəbəkəsinin ("Azərişıq" ASC) briqadası çalışır. Qısa müddət ərzində problemin aradan qalxacağı bildirilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!