Bu gecə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək.
Modern.az saytı xəbər verir ki. ilk oyun günündə iki qarşılaşma keçiriləcək: “Benfika” Dortmundda “Borussiya”nın qonağı olacaq.
Parisdə isə yerli PSJ “Barselona”nı qəbul edəcək.
14 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)