Modern.az

Əsl sevgi dastanı belə olar - Əməkdar jurnalist TƏKLİF EDİR...

Əsl sevgi dastanı belə olar - Əməkdar jurnalist TƏKLİF EDİR...

14 Fevral 2017, 14:20

1990-cı ilin 20 yanvarında əsl və böyük sevgi nümunəsi göstərərək, yeni məhəbbət əfsanəsi, real sevgi dastanı yaratmış İlham və Fərizənin toy gününün - 30 iyunun yalnız Azərbaycanda deyil, bütün müsəlman dünyasında, böyük Şərq aləmində sevgi, məhəbbət günü kimi qeyd edilməsinə nail olaq!

 

30 iyun - Azərbaycanda, bütün müsəlman, Şərq dünyasında sevgi, məhəbbət günü kimi qeyd edilməlidir!


Dünən saytlar xəbər verdi ki, xristian dünyasının, Qərbin bizə sırımaq istədiyi "sevgililər günü" Pakistanda birdəfəlik qadağan edildi. Sağ olsun pakistanlı qardaşlarımız!  Ancaq, görəsən, bəs biz nə vaxt özümüzə hörmət etməyi, bizə yad olan bayramlara, ənənələrə uymamağı bacara biləcəyik? 1990-cı ilin 19-20 yanvar günlərində əfsanəvi, müqəddəs sevgi nümunəsi göstərmiş İlham və Fərizənin toy gününün - 30 iyunun neşə illərdir ki Azərbaycanda "Sevgililər günü" kimi keçirilməsi təklif olunduğu halda, "Valentin günü" nəyimizə lazımdır?


Təəssüf ki, hələ yenə də bəzi saytlar "14 fevral"ı dəbə salmaq istəyirlər. Görəsən, bu nə kor-koranə sitayişdir bizi sevməyən, lənətləyən, nifrət edən Qərb dünyasına? Bəlkə biz də təbliğat və təşviqatımızı gücləndirib, real sevgi fədakarlığı, məhəbbət əfsanəsi nümunəsi göstərmiş İlham və Fərizənin toy gününün - 30 iyunun yalnız Azərbaycanda deyil, bütün müsəlman dünyasında sevgi, məhəbbət günü kimi qeyd edilməsinə nail olaq? Niyə də biz - Azərbaycan yox, başqa bir ölkə təşəbbüs göstərməlidir? Əgər hər hansı başqa bir müsəlman ölkəsində Fərizə-İlham nümunəsi varsa, irəli dursun. Yoxdur axı! Azərbaycanın gerçək İlham-Fərizə nümunəsi bu gün Şərq dünyasının Leyli-Məcnun əfsanəsindən də güclü və üstündür.


Gəlin, "Qara yanvar" günlərində əsl sevgi fədakarlığı, müqəddəs eşq nümunəsi göstərmiş İlham və Fərizənin toy gününün - 30 iyunun yalnız Azərbaycanda deyil, bütün müsəlman, Şərq ölkələrində "Sevgililər günü" kimi qeyd edilməsinə nail olaq!


Bunun üçün ilk növbədə özümüzdən, Türkiyə və Pakistandan başlamalı, bunun davamı olaraq Orta Asiya ölkələrində və İranda, digər müsəlman, Şərq ölkələrində bu təşəbbüsün geniş yayılmasına, beynəlxalq "status" almasına nail olmalıyıq! Bunu başqa bir ölkə yox, məhz buna mənəvi haqqı olan Azərbaycan etməlidir.


Bu təklifin beynəlxalq səviyyədə reallaşması ilə biz həm də ideoloji cəbhədə bir üstünlük qazana biləcəyik - Rusiya-Sovet imperiyasının 20 yanvar vəhşiliklərinin bütün müsəlman dünyasında daim yada salınmasına, bəşəriyyətin rus-xristian faşizmini unutmamasına, lənətləməsinə nail olacağıq.


Gəlin, bütün rəsmi və qeyri-rəsmi, ictimai təşkilatları da cəlb etməklə bu hərəkatı sabahdan, gələn ildən yox, hamılıqla elə bu gündən başlayaq!

 

Əməkdar jurnalist
Rəhman ORXAN

e-mail:  [email protected]

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!