Modern.az

Sabunçuda 8 otaqlı ev yanıb

Sabunçuda 8 otaqlı ev yanıb

16 Fevral 2017, 18:56

Bakının Sabunçu rayonunda ümumi sahəsi 330 m2 olan ev yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!